SON DƏQİQƏ
» » Daha 124 nəfər koronavirusa yoluxdu: ölənlər var

Daha 124 nəfər koronavirusa yoluxdu: ölənlər var

Tarix:

17-08-2020, 17:52

/ 4 828 dəfə oxundu.
Daha 124 nəfər koronavirusa yoluxdu: ölənlər var

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 124 yeni yoluxma faktı qeydə alınıb, 167 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 34 343 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32 042 nəfər müalicə olunaraq sağalıb, 508 nəfər vəfat edib, 1 793 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 153, bu günə qədər isə ümumilikdə 836 908 test icra olunub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ