SON DƏQİQƏ
» » Azərbaycanda daha 57 nəfərdə koronavirus aşkarlandı

Azərbaycanda daha 57 nəfərdə koronavirus aşkarlandı

Tarix:

17-04-2020, 18:33

/ 1 884 dəfə oxundu.
Azərbaycanda daha 57 nəfərdə koronavirus aşkarlandı

Azərbaycan Respublikasında 57 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 68 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir.
Hazırkı dövrədək ölkəmizdə 1340 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 528 nəfəri müalicə olunaraq sağalmış, 15 nəfər vəfat edib, 797 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 26 nəfərin vəziyyəti ağır, 35 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 86.607 test aparılıb.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ