SON DƏQİQƏ
» » Orduya könüllü qoşulmaq istəyənlərin sayı 50 mini keçdi - AÇIQLAMA

Orduya könüllü qoşulmaq istəyənlərin sayı 50 mini keçdi - AÇIQLAMA

Tarix:

21-07-2020, 18:23

/ 4 584 dəfə oxundu.
Orduya könüllü qoşulmaq istəyənlərin sayı 50 mini keçdi - AÇIQLAMA

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çağırışına səs verən 50 min 500-ə yaxın vətəndaş bu günədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə elektron qaydada, həmçinin Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və bölmələrinə gələrək respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək haqqında könüllü olaraq arzularını ifadə edib və müvafiq formada qeydiyyata alınıb.

GunAz.az xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yayıb.

"Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti göstərdikləri yüksək vətənpərvərliyə görə vətəndaşlarımıza bir daha təşəkkürünü bildirir”, - məlumatda qeyd olunub.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ