SON DƏQİQƏ
» » Bu tarixə qədər icazələr ləğv olunacaq – Rəsmi

Bu tarixə qədər icazələr ləğv olunacaq – Rəsmi

Tarix:

3-07-2020, 17:44

/ 5 674 dəfə oxundu.
Bu tarixə qədər icazələr ləğv olunacaq – Rəsmi

Elektron icazə sistemindən 2 həftəlik karantin müddətində 700 minə yaxın icazə alınıb.

Bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Operativ Qərargahın bugünkü brifinqində deyib:

"Aparılan tədqiqatlar göstərir ki, bəzi şirkətlər bu icazədən sui istifadə ediblər. Əməkdaşlar icazədən təyinatına görə istifadə etməyiblər. Bu səbəblə şirkətlərə xəbərdarlıq olunub".

O bildirib ki, hər bir təşkilat yalnız işə çıxan əməkdaşları üçün icazə almalıdır: "5 iyula qədər alınan icazələr ləğv olunacaq və hər bir təşkilat yenidən icazə almalıdır. Əks halda təşkilatla bağlı müvafiq qərarlar veriləcəkdir.

İş günü olmadığı halda, həftə sonları vətəndaş ona verilən icazədən istifadə edə bilməz və yalnız sms icazə almalıdır".

O əlavə edib ki, əgər hansısa şirkət icazə ala bilmirsə və hesab edirsə ki, onun icazəsi zəruridir, bu barədə iqtisadiyyat nazirliyinə müraciət edib, işinin zəruriliyini izah etməlidir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ