SON DƏQİQƏ
» » Bu ərazilərdəki vətəndaşlar SMS icazə ilə hərəkət edəcək

Bu ərazilərdəki vətəndaşlar SMS icazə ilə hərəkət edəcək

Tarix:

20-06-2020, 11:58

/ 4 024 dəfə oxundu.
Bu ərazilərdəki vətəndaşlar SMS icazə ilə hərəkət edəcək

Bakı, Sumqayıt, Abşeron, Gəncə, Lənkəran, Yevlax, Saatlı və Masallı rayonlarında sərt karantin rejimi tətbiq olunacaq və vətəndaşlar SMS icazə sistemi vasitəsilə hərəkət edəcəklər.

Bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Operativ Qərargahın bugünkü brifinqində deyib.

O bildirib ki, elektron icazə portalı fəaliyyətinə icazə verilən qurumların əməkdaşları üçün nəzərdə tutulub: "Bu qurumlar əməkdaşlarını qeydiyyatdan keçirərək, işə gedib-gəlmək üçün icazədən istifadə edə bilərlər. Lakin SMS icazə sistemi digər vətəndaşlar üçün nəzərdə tutulub. Vətəndaşlardan bir daha xahiş edirik ki, zəruri olmadığı müddətdə yaşayış yerlərini tərk etməsinlər. Onlar SMS icazə üçün 8103 nömrəsinə şəxsiyyət vəsiqələrinin və icazə rəqəmini göndərə bilərlər. Vətəndaşlar yalnız ərzaq və zəruri tədarüklər, eyni zamanda açıq havada gəzmək üçün 2 yazıb, 2 saatlıq icazədən istifadə edə bilərlər".

O əlavə edib ki, təcili yardım, tibbi icazələrlə bağlı vətəndaşlar 1 rəqəmi ilə icazə ala bilərlər: "Əgər onların xəstəxanada iş müddəti uzanırsa, bu zaman tibbi arayış təqdim etməlidirlər".

Ülvi Mehdiyev qeyd edib ki, hər kəs icazədən gün ərzində bir dəfə istifadə edə bilər: "Xidmət müddəti uzanırsa, həmin şirkətin verdiyi arayışla vətəndaş evinə qayıda bilər. Bu vətəndaşlara evinə gec qayıtmaq bəhanəsi verməməlidir".


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ