SON DƏQİQƏ
» » Bu şəxslər icazəsi olmadan işləyə bilməz - Qərar

Bu şəxslər icazəsi olmadan işləyə bilməz - Qərar

Tarix:

19-06-2020, 17:51

/ 4 552 dəfə oxundu.
Bu şəxslər icazəsi olmadan işləyə bilməz - Qərar

Baş Nazir Əli Əsədov "Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə" qərar imzalayıb.

Qərarın 1.2-ci bəndində qeyd olunanlar istisna olmaqla, digər dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının, "ASAN Könüllüləri” İctimai Birliyinin, "Aqrar İnkişaf Könüllüləri” Hərəkatının, "Regional İnkişaf” İctimai Birliyinin, "Bir” tələbəkönüllülərinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin könüllülərinin, həmçinin bu Qərarın əlavəsində nəzərdə tutulan sahələrdə fəaliyyət göstərən özəl hüquqi şəxslərin əməkdaşlarının və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və onların işçilərinin, fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan əməkdaşların hərəkətinə onlar barəsində məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə "icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir.

1.4.Kənd təsərrüfatı məhsullarının toplanması, habelə növbəli suvarma, təxirəsalınmaz baytarlıq və bitki mühafizə xidməti sahələrində fəaliyyət göstərən hüquqi şəxslərin əməkdaşları barədə məlumatlar işəgötürən tərəfindən, həmin sahələrdə fəaliyyət göstərən fiziki şəxslərin hərəkətinə isə onlar barəsində məlumatlar Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və ya olduğu yer üzrə yerli icra hakimiyyəti orqanlarının ərazi nümayəndəlikləri tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə "icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ