SON DƏQİQƏ
» » Dəfnə getmək üçün SMS-lə icazə almayacaqsınız, amma...

Dəfnə getmək üçün SMS-lə icazə almayacaqsınız, amma...

Tarix:

19-06-2020, 17:45

/ 4 833 dəfə oxundu.
Dəfnə getmək üçün SMS-lə icazə almayacaqsınız, amma...

Baş Nazir Əli Əsədov "Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə" qərar imzalayıb.

Qərarın 1.5.3-cü yarımbəndində göstərilən əsasla yaşayış yerini və olduğu yeri tərk etmək üçün hər bir şəxs Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsilə icazə almalıdır.

1.12. Bu Qərarda nəzərdə tutulmuş qaydada şəxslərin hərəkəti zamanı onların üzərlərində şəxsiyyəti təsdiq edən sənədlərin olması məcburidir.

Bu Qərarla müəyyən edilmiş hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 3. Bu Qərarla müəyyən edilmiş hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarına riayət olunmasına nəzarət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir.

Xüsusi qeyd: Dəfnlə əlaqədar SMS icazə mövcud olmadığından, bu hallarda 102 Xidməti - Zəng Mərkəzi vasitəsilə icazə almaq mümkündür.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ