SON DƏQİQƏ
» » Dəfnə getmək üçün necə icazə alınacaq? - RƏSMİ AÇIQLAMA

Dəfnə getmək üçün necə icazə alınacaq? - RƏSMİ AÇIQLAMA

Tarix:

4-06-2020, 20:15

/ 3 387 dəfə oxundu.
Dəfnə getmək üçün necə icazə alınacaq? - RƏSMİ AÇIQLAMA

Nazirlər Kabinetinin 2020-ci il 4 iyun tarixli Qərarı ilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejimi sərtləşdirilməklə iyunun 6-sı saat 00:00-dan 8 iyun saat 06:00-dək vətəndaşların yaşayış yerini və olduğu yeri tərk etməsi qadağan olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, bununla əlaqədar həmin şəhər və rayonların sakinlərindən xahiş olunur ki, yaxın qohumun (valideynin, ərin, arvadın, övladın, qardaşın, bacının, babanın, nənənin, nəvənin, qaynatanın, qaynananın) dəfnində iştirak etməyə icazə almaq üçün Daxili İşlər Nazirliyinin 590–80–20 "qaynar xətt” nömrəsinə, yaxud "102” Xidmətinə müraciət edilsin.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ