SON DƏQİQƏ
» » Səhər- səhər işə başlayan çörək sexi QAYDALARI POZDU - FOTO

Səhər- səhər işə başlayan çörək sexi QAYDALARI POZDU - FOTO

Tarix:

6-06-2020, 11:41

/ 2 780 dəfə oxundu.
Səhər- səhər işə başlayan çörək sexi QAYDALARI POZDU - FOTO

Gəncə şəhərində sərtləşdirilmiş karantin rejimi qaydalarını pozaraq fəaliyyətini davam etdirən çörək sexi aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan verilən xəbərə görə, şəhərin Nizami rayonu ərazisində yerləşən sexin fəaliyyəti polis əməkdaşları tərəfindən dayandırılıb.

İşçilər və obyekt sahibi barəsində qanunamüvafiq tədbirlər görülüb.

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, həftəsonu qadağaları olan şəhərlər siyahısında Gəncə də var.

İlqar QURBAN

 

 

 

 

 



скачать dle 12.1

Şərhlər