SON DƏQİQƏ
» » Gəncədə karantin rejimini pozan kafedə iyrənc mənzərə

Gəncədə karantin rejimini pozan kafedə iyrənc mənzərə

Tarix:

11-05-2020, 18:17

/ 1 861 dəfə oxundu.
Gəncədə karantin rejimini pozan kafedə iyrənc mənzərə

Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin (BPİ) və onun tabeli orqanlarının əməkdaşları tədbirləri davam etdirir.

DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, BPİ-nin əməkdaşlarının xüsusi karantin rejimi tələblərinin yerinə yetirilməsinə nəzarət məqsədilə keçirdikləri reyd zamanı bir neçə obyektin işçilərinin xüsusi icazəsinin olmaması, gigiyenik vasitələrdən, o cümlədən, tibbi maskalardan və əlcəklərdən istifadə etməməsi aşkarlanıb. 

 

Bundan başqa, reyd zamanı Sərxan Hüseynova məxsus obyektin sanitar-texniki və sanitar-gigiyenik tələbləri pozması aşkar olunub.

Aşkar olunan faktlar barədə qanunamüvafiq tədbirlər görülüb

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ