SON DƏQİQƏ

Bu yoldan istifadə edənlərin nəzərinə

Tarix:

19-05-2020, 11:46

/ 3 058 dəfə oxundu.
Bu yoldan istifadə edənlərin nəzərinə

20 may tarixindən etibarən Binəqədi rayonu, Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsində təmir-tikinti işlərinə start verilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, təmir işləri aparılan müddət ərzində sözügedən küçə ilə avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.

Sürücülərdən sözügedən küçə ilə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərini və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ