SON DƏQİQƏ
» » Bakı-Sumqayıt yolundan istifadə edənlərə BƏD XƏBƏR: Xırdalan dairəsi BAĞLANIR

Bakı-Sumqayıt yolundan istifadə edənlərə BƏD XƏBƏR: Xırdalan dairəsi BAĞLANIR

Tarix:

6-03-2020, 14:10

/ 1 834 dəfə oxundu.
Bakı-Sumqayıt yolundan istifadə edənlərə BƏD XƏBƏR: Xırdalan dairəsi BAĞLANIR

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Xırdalan dairəsi ətrafında aparılan yenidənqurma işləri çərçivəsində yolun dəmir yolu körpüsünün altından keçən hissəsində kommunikasiya xətlərinin dəyişdirilməsi işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən GunAz.az-a verilən məlumata görə, bununla əlaqədar olaraq sözügedən ərazidə martın 6-dan 7-nə keçən gecədən etibarən səhər saatlarınadək (00:00 – 05:00-a qədər) avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.

Bununla əlaqədar sürücülərdən qeyd olunan saatlarda sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələri xahiş olunur.

скачать dle 12.1

Şərhlər