SON DƏQİQƏ
» » İlk ödənişli yol nə vaxt istifadəyə veriləcək?

İlk ödənişli yol nə vaxt istifadəyə veriləcək?

Tarix:

13-05-2020, 12:17

/ 1 846 dəfə oxundu.
İlk ödənişli yol nə vaxt istifadəyə veriləcək?

Bu ilin iyun ayından etibarən Azərbaycanda ilk ödənişli avtomobil yolu istifadəyə veriləcək.

Bu barədə "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin Mətbuat xidmətinin rəisi Anar Nəcəfli danışıb.

Məlumatda bildirilir ki, Bakı-Quba-Rusiya sərhədi yoluna alternativ çəkilən M1 avtomagistralının 90 kilometrə yaxın hissəsi istifadəyə veriləcək:

"Yolun həmin hissəsi iyun ayında açılacaq. Hazırda həmin hissədə quraşdırılmaq üçün turniketlər ölkəyə gətirilib. Həmin turniketlərin quraşdırılması prosesinə artıq start verilib. Avadanlıqların quraşdırılma prosesi paralel olaraq aparılır. Yolun həmin hissəsi istifadəyə verilərkən artıq avtomagistral ödənişli olacaq. Tikintisi yekunlaşan hissədə nəzarət-buraxılış məntəqələrinin quraşdırılması üçün işlər aparılır".

Qurum rəsmisi bildirib ki, avtomagistralda ödəniş məbləği bu ay ərzində müəyyənləşəcək:

"Bununla bağlı ətraflı məlumat veriləcək. Hər kilometrə görə yük və minik avtomobilləri üçün ödənişlər fərqli olacaq"

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ