SON DƏQİQƏ

Kamran Əliyev MM-ə təqdim edildi

Tarix:

1-05-2020, 11:24

/ 2 070 dəfə oxundu.
Kamran Əliyev MM-ə təqdim edildi

Milli Məclis Azərbaycan Respublikası Baş prokurorunun vəzifəyə təyin edilməsinə razılıq verilməsi haqqında məsələyə baxır.

Yeni baş prokuroru parlament üzvlərinə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev təqdim edib.

Ədalət Vəliyev bildirib ki, Konstitusiyanın 109-cu maddəsinin 9-cu bəndinə əsasən, Azərbaycan prezidenti Baş prokuroru Milli Məclisin razılığı ilə təyin edir. O, qeyd edib ki, prezident Kamran Bayram oğlu Əliyevin namizədliyini Milli Məclisə təqdim edib.

Kamran Əliyevin prokurorluq orqanlarında uzun illərdir ki, işlədiyini bildirən Ədalət Vəliyev Milli Məclisin deputatların namizədə səs verəcəyinə inandığını bildirib.

Hazırda Kamran Əliyevin Azərbaycan Respublikası Baş prokurorunun vəzifəyə təyin edilməsi məsələsi ətrafında Milli Məclisin vitse-spikeri Əli Hüseynli çıxış edir.

Vitse-spiker Kamran Əliyevi peşəkar mütəxəssis kimi qiymətləndirib: "Əminəm ki, Milli Məclis prezidentin təqdimatını dəstəkləyəcək”

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ