SON DƏQİQƏ

Milli Məclisin iclası başladı

Tarix:

13-03-2020, 12:39

/ 1 866 dəfə oxundu.
Milli Məclisin iclası başladı

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası başlayıb.
Spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə 18 məsələ daxil edilib.
Yeni spiker deputatları salamladıqdan sonra onları qeydiyyatdan keçməyə dəvət edib.
Sonra Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov yeni seçilən deputatlara vəsiqələrini təqdim edib.
MSK sədri çıxış edərək bildirib ki, seçkilər qanunvericiliyin tələblərinə uyğun şəkildə keçirilib: "Proseslər tamamilə başa çatıb, siz fəaliyyətə başlamısınız. Sizə uğurlar arzu edirik. Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq da bu gün sizlərə vəsiqələr təqdim edilir. Sizi ürəkdən təbrik edirəm".
MSK sədri birinci deputat vəsiqəsini Milli Məclisin sədri Sahibə Qafarovaya təqdim edib. Daha sonra vitse- spikerlər Əli Hüseynli, Adil Əliyev və Fəzail İbrahimliyə vəsiqələr təqdim edilib.
Hazırda proses davam edir.
İclasda Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il yaz sessiyasının qanunvericilik işləri planı, "Əmanətlərin tam sığortalanması haqqında” və Milli Məclisin komitələrinin üzvlərinin seçilməsi barədə və digər qanun layihələri müzakirəyə çıxarılacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ