
Milli Məclisin yeni tərkibdə bu gün keçirilən ilk iclasında I vitse-spiker və vitse-spikerlərin seçilməsi məsələsi müzakirə edilib.
Səsvermə nəticəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş Əli Hüseynli I vitse-spiker, Adil Əliyev (bitərəf) və Fəzail İbrahimli (parlamentdə azlıq təşkil edən Vətəndaş Həmrəyliyi Partiyasının təmsilçisi) isə vitse-spiker seçilib.
Qeyd edək ki, YAP-dan olan deputat Sahibə Qafarova Milli Məclisin sədri seçilib.