SON DƏQİQƏ

Vitse-spiker Rusiyaya gedir

Tarix:

17-02-2018, 14:40

/ 1 186 dəfə oxundu.
Vitse-spiker Rusiyaya gedir

Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, deputat Rauf Əliyev Rusiya Federasiyasına səfər edəcək.

Milli Məclisdən Gunaz.az-a verilən məlumata görə, millət vəkilləri prezident seçkiləri ilə əlaqədar seçkiqabağı monitorinqdə iştirak edəcək.
Millət vəkilləri Moskva və Sankt-Peterburq şəhərlərində seçkiqabağı vəziyyət, prosesin təşkili ilə yaxından tanış olacaq, namizədlər tərəfindən təbliğat-təşviqat kampaniyasının həyata keçirilməsini müşahidə edəcəklər.
Fevralın 19-da başlayacaq səfər 23-də başa çatacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ