SON DƏQİQƏ

"Olaylar" 25 yaşını qeyd edir

Tarix:

24-04-2020, 19:25

/ 2 162 dəfə oxundu.
"Olaylar" 25 yaşını qeyd edir

Bu gün "Olaylar” qəzeti və eyni adlı informasiya agentliyinin 25 yaşı tamam olur. Bir igidin ömrü olan 25 ili "Olaylar” elə igid kimi yaşayıb.

"Olaylar” həm qəzet, həm də informasiya agentliyi olaraq həmişə respublikamızın həyatında fəal mövqedə dayanıb. "Olaylar” qəzeti və eyni adlı informasiya agentliyi 25 ildə böyük yol keçib. Qəzet bu 25 ildə dünyaya səpələnmiş azərbaycanlıların tribunasına çevrilməyi bacarıb.

Bu münasibətlə Günaz.az saytının kollektivi qəzetin baş redaktoru, tanınmış ictimai-siyasi xadim, yazıçı-publisist Yunus Oğuzu və qəzetin kollektivini səmimi qəlbdən təbrik edir. "Olaylar” qəzeti Azərbaycan mediasında öz dürüstlüyü, ictimai problemlərə diqqət ayırması ilə seçilir.  Ümid edirik ki, "Olaylar” qəzeti uzun ömürlü olacaq və Azərbaycan mediasının inkişafına öz töhfələrini verəcək.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ