SON DƏQİQƏ

Azərbaycanda 20 qəzet bağlanır - SİYAHI

Tarix:

31-01-2019, 16:30

/ 10 342 dəfə oxundu.
Azərbaycanda 20 qəzet bağlanır - SİYAHI

Ölkə mediasında ciddi dəyişikliklərlə nəticələnəcək islahatlara başlanılıb.
GunAz.az Strateq.az-a istinadən xəbər verir ki, hazırda KİVDF-də fövqəladə iclas keçirilir. Toplantıda bu qurumun xətti ilə indiyədək dövlət tərəfindən maliyyələşdirilən qəzetlərin xeyli hissəsinə maliyyə yardımı ayrılmasının dayandırılmasına qərar veriləcək.
Məlumata görə, KİVDF-nin bu qərarının elanından sonra təxminən 10 qəzetin maliyyələşdirilməsi nəzərdə tutulur. Digərlərinin çap formasında fəaliyyətini dayandıraraq, elektron nəşrə keçmələri tövsiyə olunacaq.
Maliyyə yardımı dayandırılacaq qəzetlər aşağıdakılardır: "Şərq”, "Ədalət”, "Unikal”, Palitra”, "Paralel”, "Azad Azərbaycan”, "Həftəiçi”, "Bizim Yol”, "Olaylar”, "Üç Nöqtə”, "Oxu Məni”, "Hürriyyət”, "Reytinq”, "Hərbi And”, "Türküstan”, "İqtisadiyyat” və "Mövqe” qəzetləri.
Maliyyələşdirilməsi davam etdiriləcək qəzetlər siyahısında isə "Səs”, "Yeni Azərbaycan”, "Yeni Müsavat”, "İki Sahil”, "Kaspi”, "Kaspiy”, "525-ci qəzet”, "Bakı Xəbər” və "Novoye Vremya”nın adları çəkilir.
Xatırladaq ki, KİVDF sonuncu dəfə 32 qəzetə 28 dekabr 2018-ci il tarixdə 3 ay müddətinə maliyyə yardımı ayırıb. Ötən müddətdə bu nəşrlərdən "Eskspress” qəzeti çap fəaliyyətini dayandırıb.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ