SON DƏQİQƏ

Yunus Oğuz Türkiyə səfirini təbrik edib

Tarix:

17-04-2017, 14:39

/ 1 821 dəfə oxundu.
Yunus Oğuz Türkiyə  səfirini təbrik edib

Yazıçı-publisist, "Olaylar" qəzeti və eyni adlı xəbər agentliyinin baş redaktoru Yunus Oğuz Türkiyə Respublikasının Konstitusiyasına dəyişikliyi nəzərdə tutan ümumxalq səsverməsinin - referendumun müvəffəqiyyətlə başa çatması münasibətilə bu ölknin Azərbaycandakı səfirini Erkan Özoralı təbrik edib. Y.Oğuz qeyd edib ki, Türkiyə vətəndaşları hazırki iqtidara etimad göstərərək ölkədə keçirilən referendumu dəstəklədilər: " Referendum nəticəsinə əsasən Türkiyə parlamentar üsul idarəsindən prezident üsul idarəsinə keçdi. Hesab edirəm ki, prezident üsul idarəsi ilə qardaş ölkədə daha güclü hakimiyyət sistemi bərqərar olacaq. Türkiyənin yeni idarəçilik sistemi daxili və xarici problemlərin həllində mühüm rol oynayacaq". Y.Oğuz həmçinin xalqlar və dövlətlər arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da inkişafına əminliyini ifadə edib.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ