SON DƏQİQƏ
» » Aprel ayı üzrə müavinət, təqaüd və kompensasiyalar ödənildi

Aprel ayı üzrə müavinət, təqaüd və kompensasiyalar ödənildi

Tarix:

21-04-2020, 18:33

/ 2 715 dəfə oxundu.
Aprel ayı üzrə müavinət, təqaüd və kompensasiyalar ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən aprel ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyaların ödənişi başa çatdırılıb.
Nazirlikdən GunAz.az-a verilən məlumata görə, aprelin 20-də Bakının Səbail, Yasamal, Binəqədi, Nəsimi, Qaradağ rayonları, eləcə də Abşeron rayonu və respublikanın digər şəhər və rayonları üzrə 553 818 nəfərə, bu gün - aprelin 21-də isə paytaxtın Nizami, Nərimanov, Xətai, Xəzər, Pirallahı, Sabunçu və Suraxanı rayonları üzrə 162 682 nəfərə müavinət, təqaüd və kompensasiya ödənilib.
Beləliklə, 716 500 nəfərə qeyd edilən sosial təminat növləri üzrə ödənişlər edilib.
Xatırladaq ki, aprel ayının bütün pensiya ödənişləri də bu ayın 8-15-də həyata keçirilib.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ