SON DƏQİQƏ
» » İrandan qayıdan iki azərbaycanlıda koronavirus aşkarlandı - Operativ qərargah

İrandan qayıdan iki azərbaycanlıda koronavirus aşkarlandı - Operativ qərargah

Tarix:

9-03-2020, 23:07

/ 1 108 dəfə oxundu.
İrandan qayıdan iki azərbaycanlıda koronavirus aşkarlandı - Operativ qərargah

İran İslam Respublikasından qayıdan 1966 və 1978-ci il təvəllüdlü iki Azərbaycan Respublikasının vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Bu barədə GunAz.az-a Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahından məlumat verilib.

Hazırda xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan pasiyentlər özlərini normal hiss edirlər, səhhətləri stabildir.

Bundan əvvəl koronavirus infeksiyasına yoluxma faktı qeydə alındıqdan sonra xüsusi rejimli xəstəxanaya yerləşdirilmiş 1938-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşının səhhəti stabil-orta ağırdır, hazırda xəstə nəzarət altında saxlanılır və sağlıq durumunun yaxşılaşması üçün lazımi tədbirlər görülür.

Xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş digər pasiyentlərin vəziyyəti stabildir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ