SON DƏQİQƏ
» » İki Azərbaycan vətəndaşında koronavirus müşahidə edilib

İki Azərbaycan vətəndaşında koronavirus müşahidə edilib

Tarix:

29-02-2020, 14:59

/ 2 095 dəfə oxundu.
İki Azərbaycan vətəndaşında koronavirus  müşahidə edilib

 

İran İslam Respublikasından qayıdan iki Azərbaycan vətəndaşında koronavirus xəstəliyinin əlamətləri müşahidə edilib.

Nazirlər Kabinetindən verilən məlumata görə, müvafiq qaydalara uyğun olaraq həmin şəxslər xəstəxananın xüsusi rejimli infeksion boksunda yerləşdirilib. Aparılmış müayinələr nəticəsində onlarda koronavirusa yoluxma faktı qeydə alınıb. 

Hazırda pasiyentlərin müalicəsi aparılır, onların vəziyyəti sabitdir.

Digər yoluxma hallarının aşkarlanması ilə bağlı həmin xəstələrin kontaktlarının müəyyən edilməsi istiqamətində müvafiq tədbirlər görülür.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ