SON DƏQİQƏ

Azərbaycanda koronavirusla bağlı SON DURUM

Tarix:

5-03-2020, 13:51

/ 1 902 dəfə oxundu.
Azərbaycanda koronavirusla bağlı SON DURUM

"Hazırda respublikada 3 nəfər koronavirus daşıyıcısı var. Vəziyyətləri stabildir. Həkim nəzarəti altındadırlar".

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın koronavirusla bağlı keçirilən brifinqində TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, fevralın 29-dan sərhədlərdə məhdudlaşdırılmış rejim tətbiq olunduqdan sonra 276 nəfər xüsusi dəhliz vasitəsilə İrandan Azərbaycana keçib və onlar nəzərdə tutulmuş tədbirlər çərçivəsində müayinə olunaraq karantinə alınıb".

Y.Qarayeva qeyd edib ki, ölkədə koronavirus yoluxmasını müəyyən etmək üçün kifayət sayda test vasitəsi var: "Karantində olan şəxslərdən labarator diaqnostika nümunələri alınır. Covid19 yeni virus olduğu üçün, labarator nümunələri yenidir. Bu virusun diaqnostikası sadəcə operativ qərargah tərəfindən təyin olunmuş laboratoriyada aparılır".

скачать dle 12.1

Şərhlər