SON DƏQİQƏ
» » Üç tələbənin zəhərlənməsi: İstintaqı kim ləngidir?

Üç tələbənin zəhərlənməsi: İstintaqı kim ləngidir?

Tarix:

29-02-2020, 09:01

/ 1 377 dəfə oxundu.
Üç tələbənin zəhərlənməsi: İstintaqı kim ləngidir?

Azərbaycanda Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Bakı Dövlət Universitetinin (BDU) üç tələbəsinin zəhərlənməsi və onlardan birinin ölümü ilə nəticələnən hadisə barədə istintaqı ləngidir.

Bu sözləri Axar.az-a açıqlamasında tanınmış vəkil Türkel Süleymanlı deyib. Vəkilin sözlərinə görə, bu yolla tibbi ekspertlər istintaqın işini iflic edib:

“Bu, qanun pozuntusudur, çünki kimyəvi ekspertiza üçün maksimum bir ay vaxt verilir. Kimyəvi ekspertiza ilə yanaşı histoloji ekspertiza da aparılır. Lakin yenə də müddət bir ayı keçməməlidir. Ekspertlər vaxtı uzatmaqla nə istədikləri bəlli deyil. Onların bütün fəaliyyətləri səhlənkarlıq etdiklərini göstərir və bu, çox şübhəlidir. Qız nə xəstəlikdən, nə də virusdan ölüb. Ekspertlər bizi əmin etdilər ki, Azərbaycanda bu növ tədqiqatın aparılması üçün bütün imkanlar mövcuddur. Bəs onda nəticələr niyə açıqlanmır?”

Xatırladaq ki, 2019-cu il noyabrın 21-də universitetin Yasamal rayonu, Mətbuat prospektində yerləşən yataqxanasında tələbələr Şəkər Xasmətova (1999-cu il təvəllüdlü), Dilrubə Quliyeva və Həmidə İbadova (1998-ci il təvəllüdlü) zəhərlənib. Həkimlər Ş.Xasmətovanın yataqxanada öldüyünü müəyyən ediblər, digər iki qız isə ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib, bir neçə gündən sonra isə evə buraxılıblar. Hüquq-mühafizə orqanları əvvəlcə tələbənin qida zəhərlənməsi nəticəsində öldüyünü ehtimal ediblər. Lakin cəsədin patoloq-anatomlar tərəfindən müayinəsindən sonra faktla bağlı yaradılan əməliyyat-istintaq qrupu qızların hələ də bilinməyən toksik maddə ilə zəhərləndiyi qənaətinə gəliblər. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümü və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Zəhərlənmənin səbəblərini və digər halları aydınlaşdırmaq üçün müvafiq ekspertizalar təyin edilib. 100 gündən çox vaxt keçsə də, faktla bağlı məhkəmə tibbi ekspertizanın rəyi hələ hazır deyil.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ