SON DƏQİQƏ

İsgəndər Həmidovun ölüm xəbəri yayıldı

Tarix:

6-02-2020, 08:23

/ 2 352 dəfə oxundu.
İsgəndər Həmidovun ölüm xəbəri yayıldı

Sabiq daxili işlər naziri, Milli Azadlıq Hərəkatının liderlərindən olan İsgəndər Həmidovun ölümü ilə bağlı qeyri-səhih məlumat yayılıb.

Axar.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumat dərhal da təkzib edilib. Belə ki, İsgəndər Həmidovun qardaşı oğlu Şəhriyar Məcidzadə tanınmış jurnalist Elşad Məmmədliyə xəbərin yalan olduğunu, ancaq əmisinin vəziyyətinin ağır olduğunu deyib.

Məlumatla bağlı İsgəndər Həmidovun həkimi Adil Qeybulla da açıqlama yayıb. O bildirib ki, İsgəndər Həmidovun səhhəti ağır olaraq qalır, amma stabildir:

“Mən indi onun yanından evə gəlirəm. Xahiş edirəm, şayiələr əsasında yanlış məlumatlar yaymayın. Rəsmi məlumatı hər gün xəstəxanadan (City Hospital) və ya məndən ala bilərsiniz. Allah İsgəndər bəyə şəfa versin!”

Qeyd edək ki, İsgəndər Həmidov 24 yanvardan komaya düşüb və hazırda süni tənəffüs aparatına qoşuludur. Həkimi Adil Qeybulla onun vəziyyətinin çox ağır olduğunu bildirmişdi.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ