SON DƏQİQƏ
» » İsgəndər Həmidov ürək əməliyyatından çıxdı – “Gülhanə”dən

İsgəndər Həmidov ürək əməliyyatından çıxdı – “Gülhanə”dən

Tarix:

6-09-2019, 23:47

/ 1 276 dəfə oxundu.
İsgəndər Həmidov ürək əməliyyatından çıxdı – “Gülhanə”dən

Sabiq daxili işlər naziri, Azərbaycan Xalq Hərəkatının təsisçisi İsgəndər Həmidov sentyabrın 6-da Türkiyənin “Gülhanə” hərbi Tibb Akademiyasında açıq ürək əməliyyatı keçirib.

GunAz.az-ın Modern.az-a istinadən məlumatına görə, bu barədə İ.Həmidovun hərəkat yoldaşları sosial şəbəkədə xəbər veriblər. Məlumata görə, İsgəndər Həmidovun əməliyyatı uğurla başa çatıb və hal-hazırda özünü yaxşı hiss edir.

Xatırladaq ki, İ.Həmidov bir müddət öncə vəziyyəti pisləşdiyindən əvvəlcə Bakıdakı xəstəxanalardan birində müalicə almış, sonra Türkiyəyə aparılmışdı.

O zaman türk həkimlər böyrəklərində və onurğasında  yaranmış problem üzündən sabiq nazirin ürəyində əməliyyat aparmağa icazə verməmişdilər.

İ.Həmidovun bu ayın təxminən 10-15-i arası Azərbaycana qayıdacağı gözlənilir. Sentyabrın sonunda Azərbaycan Xalq Hərəkatının ilk qurultayının keçirilməsi planlaşdırılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ