SON DƏQİQƏ
» » Bakıda sakinlər mənzillərinə çıxarış ala bilmir - VİDEO

Bakıda sakinlər mənzillərinə çıxarış ala bilmir - VİDEO

Tarix:

1-02-2020, 20:37

/ 1 901 dəfə oxundu.
Bakıda sakinlər mənzillərinə çıxarış ala bilmir - VİDEO

Bakıda bir yaşayış kompleksində sakinlər qaz, su və işıqla təmin edilsələr də mənzillərinə çıxarış ala bilmirlər. Səbəb tikinti şirkətinin sakinlərə maliyyə arayışı verməməsidir. Məsələyə sözügedən tikinti şirkəti də münasibət bildirib.

Sakinlər mənzillərinə çıxarış almaq istəyirlər amma tikinti şirkəti onlara maliyyə arayışı vermir.

Paytaxtın Nərimanov rayon Əliyar Əliyev küçəsi 65 ünvanında ''Qafqaz'' MTK-dan ev alan sakinlər deyirlər ki, tikinti şirkətinə maliyyə arayışı üçün müraciət etsələr də həmin sənədi ala bilmirlər. Sakinlər iddia edirlər ki, tikinti şirkəti 4 binanın 392 sakinindən evin hər kvadratmetrinə görə pul tələb edir.

Amma sakinlər iddia edir ki, tikinti şirkətiilə bağlanmış müqavilə sənədində qazanxananın tikilməsi və ona görə ödənişin olmasına dair heç bir məlumat yoxdur. Sakinlər deyir ki, müqavilədə göstərilən hər bir öhdəliyi payçı olaraq yerinə yetiriblər.

Sakinlərin sözlərinə görə, ''Qafqaz'' MTK ilə bağlanan müqavilə sənədində binaları 2012-ci ildə təhvil verilməli olduğunu göstərilsə də kompleks 2019-cu ilin sonlarında hazır olub. Amma binanın bloklarında işlər də hələ tam yekunlaşmayıb.

Sakinləri məsələ ilə bağlı aidiatı qrumlara məktub yazıb elə binanın qarşısında da imza ataraq aparıblar. Məsələ ilə bağlı adıçəkilən şirkətin direktoru Sevda İbrahimova şifahi olaraq ''Xəzər Xəbər''ə bildirdi ki, bina sakinlərinin istiliklə daimi təmin olunması üçün qazanxana tikilib və tələb edilən pul da onun xərcələrini qarşılamaq üçündür. ''Burda vətəndaşlardan qanunsuz pul tələb edilmir deyə''- şirkətin direktoru bildirib.

https://youtu.be/aLhphauPFz4

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ