SON DƏQİQƏ

Məsuliyyətsizlik və ya...

Tarix:

4-04-2017, 08:26

/ 4 650 dəfə oxundu.
Məsuliyyətsizlik və ya...

2006-cı ildən Nərimanov rayonunun Həsən Əliyev küçəsi 33 ünvanındakı 9/45-ci məhəllədə ucaldılan 17 mərtəbəli 3 bina diqqəti cəlb edir. Bu binalarda sakinlər 11 ildir ki, qeydiyyatsız və qazsız yaşayırlar. Onlar dəfələrlə aidiyyəti qurumlara şikayət etsələr də, boş vədlərlə sakinləri get-gələ salırlar.
Bu binalar «Nehrəm Holdinq» tərəfindən inşa edilib. Lakin indiyə qədər binalara sahib çıxıb təhvil alan olmayıb və nəticədə sakinlər qeydiyyata götürülməyiblər. Acınacaqlı haldır ki, indiyə qədər binalara qaz çəkilməyib. Sakinlər enerjidən istifadə etməklə çətinliklə yaşayırlar. Həqiqətən də acınacaqlı haldır ki, köhnə evləri sökülmüş sakinlər öz pulları ilə aldıqları binalarda 2006-cı ildən bu günə qədər qeydiyyatsız yaşayırlar. Və bu günə qədər seçki hüququndan da məhrum olunublar.
Hər binada 70 ailə bir qəsəbə deməkdir. Bəzən isə enerji kəsilir və nəticədə sakinlər çıxılmaz vəziyyətdə qalırlar. Buna nə ad vermək olar? Məsuliyyətsizlikmi? Görəsən bu vəziyyət nə vaxta qədər davam edəcəkdir?
Rauf İlyasoğlu

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ