SON DƏQİQƏ

Bakıda yanğın: 3 tələbə öldü - Rəsmi

Tarix:

10-01-2020, 09:00

/ 1 268 dəfə oxundu.
Bakıda yanğın: 3 tələbə öldü - Rəsmi

Fövqəladə Hallar Nazirliyi (FHN) paytaxtda baş verən yanğınla bağlı məlumat yayıb.

FHN-dən GunAz.az-a verilən məlumata görə, Bakı şəhərinin Səbail rayonunda ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümümi sahəsi 36 m² olan 1 otaqlı mənzildə 1 ədəd elektrik ötürücüsü və yataq dəsti qismən yanıb.

“Yanğının kəşfiyyatı zamanı tüstüdən boğulmuş 3 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır”, - deyə xəbərdə bildirilir.

Qeyd edək ki, Unikal.org ölən tələbələrin Şri-Lanka vətəndaşı olduğunu yazıb.

скачать dle 12.1

Şərhlər