SON DƏQİQƏ
» » Bakıda göydələndə yanğın: 70 sakin təxliyə olundu

Bakıda göydələndə yanğın: 70 sakin təxliyə olundu

Tarix:

12-12-2019, 09:32

/ 1 414 dəfə oxundu.
Bakıda göydələndə yanğın: 70 sakin təxliyə olundu

Bakı şəhərinin Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində 2 otaqlı mənzildə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən GunAz.az-a verilən məlumata görə, ümumi sahəsi 95 m² olan 2 otaqlı mənzilin bir otağında ev əşyaları 10 m² sahədə yanıb.

Yanğın zamanı yanğınsöndürənlər və xilasedicilər tərəfindən 70 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

скачать dle 12.1

Şərhlər