SON DƏQİQƏ
» » Sürücülər diqqətli olun! Bakıda daha bir yola kamera quraşdırıldı - VİDEO

Sürücülər diqqətli olun! Bakıda daha bir yola kamera quraşdırıldı - VİDEO

Tarix:

21-12-2019, 20:26

/ 1 280 dəfə oxundu.
Sürücülər diqqətli olun! Bakıda daha bir yola kamera quraşdırıldı - VİDEO

Sürücülər, diqqətli olun, Bakıda daha bir yola kamera quraşdırılıb. Tıxacın ən çox müşahidə edildiyi yollardan birinə - ''şamaxinka'' kimi tanınan əraziyə kameralarla nəzarət ediləcək. Bundan sonra moskva prospektinin sözügedən hissəsində dayanma və durma qaydalarını pozanlar cərimələnəcəklər. Bakı nəqliyyat agentliyi bununla bağlı sürücülərə müraciət edib.

Daha bir əsas yolda dayanma və durmanı pozanlar kameralarla cərimələnəcək.

Söhbət paytaxtın Nəsimi və Yasamal rayonlarının ərazisində düşən Moskva prospekti ilə 20 yanvar küçəsinin kəsişməsindən gedir.

Elə bu yoldan istifadə edənlər də ərazidə tıxacın yaranmasının əsas səbəbinin parklanma qaydasını pozan sürücülər olduğunu deyirlər. Xüsusilə də şimal bölgəsi istiqamətində müştəri aparan taksi sürücüləri yolun bir neçə zolağını zəbt etdiyindən günün pik saatlarda yolda uzun-uzadı tıxacların yaranmasına səbəb olur.

Bakı Nəqliyyat Agentliyi sürücələrə sözügedən ərazidə qaydalara əməl etməyə çağırıb. Agentlikdən bildirilib ki, bundan sonra ərazidə nəzarət daha da gücləndiriləcək.

GunAz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ