SON DƏQİQƏ
» » Bu hallarda maşın cərimə meydançasına aparılacaq

Bu hallarda maşın cərimə meydançasına aparılacaq

Tarix:

26-06-2019, 09:30

/ 1 431 dəfə oxundu.
Bu hallarda maşın cərimə meydançasına aparılacaq

Yaxın günlərdə Bakı Nəqliyyat Agentliyi tərəfindən dayanma, durma və parklanma qaydalarını pozan nəqliyyat vasitələrinin nəzərdə tutulmuş hallarda və qaydada müvəqqəti duracağa daşınması – təxliyə xidmətinə başlanılacaq.

Artıq hərəkətə mane olan ərazilərdə nəqliyyat vasitəsini park edənlərə cərimə ilə yanaşı, daha bir cəza tətbiq olunacaq - onların avtomobilləri cərimə meydançasına aparılacaq.

Təxliyə işləri ilkin olaraq vətəndaşların daha çox şikayət etdiyi, qanunsuz parklanma səbəbindən günün pik və qeyri-pik saatlarında nəqliyyat sıxlığı müşahidə edilən ərazilərində həyata keçiriləcək. Təxliyə prosesi əsasən yolun hərəkət zolağında, ikinci cərgədə, yol kəsişmələrində, eyni səviyyəli piyada keçidlərində, avtobus dayanacaqlarında, səkilərdə park edərək digər yol hərəkəti iştirakçılarına ciddi maneə yaradan nəqliyyat vasitələrinə qarşı tətbiq ediləcək.

Şəffaflığın təmin edilməsi məqsədi ilə təxliyə prosesinin videoqeydiyyatı təmin olunacaq. Təxliyə olunan nəqliyyat vasitələri Bakı Nəqliyyat Agentliyinin inzibati binasının yerləşdiyi avtobus deposunun ərazisindəki, Hökumət Evi qarşısındakı və Fizuli və Mirzağa Əliyev küçələri arasındakı yeraltı avtomobil duracaqlarına daşınacaq. Bu duracaqlarda nəqliyyat vasitələri sahiblərinin qanunvericiliklə nəzərdə tutulan ödənişləri etməsi üçün müvafiq terminallar quraşdırılıb. Ödənişlər yalnız nağdsız qaydada aparılacaq.

Məsələ ilə bağlı GunAz.az-a açıqlama verən yol-nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, heç də hər dayanma, durma və parklanma qaydalarını pozan avtomobillər cərimə meydançasına aparılmayacaq. Bura xüsusi hallar daxildir:

“Dayanma, durma və parklanma qaydalarının pozulmasına görə avtomobilin cərimə meydançasına aparılması qanunda öz əksini tapıb. Bu işə yol polisi baxanda da var idi, hazırda da var. İndi əlavə olaraq parklanma müddətini pozan, avtomobilini 24 saatdan artıq park edən və yaxud ödəniş etmədən parkinq ərazisində dayanan nəqliyyat vasitələrinin cərimə meydançasına aparılması var. Əvvəllər ancaq dayanma, durma və parklanma məsələsinə görə cərimə nəzərdə tutulurdusa, indi həm də ödəniş etməyən sürücülər barəsində bu cür tədbir görülə bilər.

Heç də dayanma, durma, parklanma qaydalarını pozan hər avtomobil cərimə meydançasına aparılmayacaq. Yəni sürücü əgər maşını yol ayrıcında saxlayıbsa, digər avtomobillərin dönməsinə problem yaradırsa, nəqliyyat vasitəsini piyada keçidinin üzərində, ikinci cərgədə və ya avtomobilin bir hissəsini səkidə saxlayıbsa, eləcə də bu kimi digər hallarda avtomobilin cərimə meydançasına aparılması mümkündür.

İnzibati Xətalar Məcəlləsində də zərurət yarandıqda qeyd var ki, yalnız digər hərəkət iştirakçılarının hərəkətinə mane olduqda avtomobil təxliyə oluna bilər.

Əgər avtomobil təkcə dayanma, durma və parklama qadağandır nişanının tələbini pozubsa və bununla heç kimə mane olmursa, bu halda avtomobilin təxliyəsi nəzərdə tutulmur.

Çünki elə yollar var ki, orada avtomobil saxlayanda heç bir hərəkətə mane olmur. Belə vəziyyətdə sürücü sadəcə dayanma, durma nişanının tələbini pozduğu üçün cərimələnə bilər, avtomobil isə cərimə meydançasına aparılmır”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ