SON DƏQİQƏ
» » Sürücülərin NƏZƏRİNƏ: yeni qayda müəyyənləşdi

Sürücülərin NƏZƏRİNƏ: yeni qayda müəyyənləşdi

Tarix:

1-05-2019, 21:21

/ 250 dəfə oxundu.
Sürücülərin NƏZƏRİNƏ: yeni qayda müəyyənləşdi

Bakıda dayanma və ya durma, o cümlədən parklanma qaydalarının pozulması zamanı nəqliyyat vasitələrinin duracağa gətirilməsinə dair qayda dəyişib.

GunAz.az-ın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məsələləri haqqında” qərarında dəyişiklik edib.

İndiyə qədər Bakı şəhərinin inzibati ərazisində dayanma və ya durma qaydalarının pozulması ilə əlaqədar inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsinin yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda, habelə parklanma qaydalarının pozulması ilə bağlı hallarda nəqliyyat vasitələri Bakı Nəqliyyat Agentliyinin mühafizə olunan duracağına gətirilməli idi. Dəyişikliyə əsasən, bundan sonra həmin nəqliyyat vasitələri vasitələri Bakı Nəqliyyat Agentliyinin ən yaxın mühafizə olunan duracağına gətirilməlidir./ONA/

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ