SON DƏQİQƏ

Ermənilər sərhəd kəndlərimizi atəşə tutdu

Tarix:

19-12-2019, 10:20

/ 1 317 dəfə oxundu.
Ermənilər sərhəd kəndlərimizi atəşə tutdu

Ermənistan Silahlı Qüvvələri Qazaxın Quşçu Ayrım və Fərəhli kəndlərində yaşayış evlərini intensiv atəşə tutub.

Bununla bağlı GunAz.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib. 

Bildirilib ki, dekabrın 17-i saat 20:30 radələrindən başlamaqla Ermənistan Silahlı Qüvvələrinin Noyemberyan rayonunun Koti və Boqanis kəndlərinin yaxınlığındakı döyüş möv­qelərindən “Qazax” əlahiddə sərhəd diviziyasının Qazax rayo­nunun Quşçu Ayrım və Fərəhli kəndləri istiqamətin­dəki sərhəd döyüş məntə­qələri və kənd sakinlərinin yaşayış evləri intensiv atəşə tutulub.

Düşmən bölmələrinin atəş nöqtələrinə qarşı cavab atəşi açılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ