SON DƏQİQƏ
» » Penitensiar xidmətdə bələdiyyə seçkilərilə əlaqədar seminar keçirilib

Penitensiar xidmətdə bələdiyyə seçkilərilə əlaqədar seminar keçirilib

Tarix:

3-12-2019, 15:52

/ 588 dəfə oxundu.
Penitensiar xidmətdə bələdiyyə seçkilərilə əlaqədar seminar keçirilib

Dekabrın 23-də Azərbaycanda keçiriləcək növbəti bələdiyyə seçkilərilə əlaqədar Penitensiar xidmət üzrə təsdiq edilmiş tədbirlər planının icrası istiqamətində Baş idarədə seminar-məşğələ təşkil olunub. Penitensiar xidmətdən GunAz.az-a bildirilib ki, tədbirdə Penitensiar xidmətin rəhbərliyi və məsul əməkdaşları, cəzaçəkmə müəssisələrinin və istintaq təcridxanalarının rəisləri, Mərkəzi Seçki Komissiyasının üzvləri iştirak ediblər. Ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi ədliyyə general-leytenantı Ceyhun Həsənov müşavirə iştirakçılarını salamlayaraq, səsvermənin keçiriləcəyi nəzərdə tutulmuş Mühafizə alayında və penitensiar müəssisələrdə məntəqələrin yaradılması işlərinə başlanıldığını, əsgərlərin, məhkum və həbs edilmiş şəxslərin maarifləndirilməsi məqsədilə məlumat guşələrinin, seçkilərlə bağlı radio və televiziya verilişlərinin izlənilməsinə müvafiq şəraitin yaradıldığını qeyd edib.

Xidmət rəisi əvvəlki seçkilərdə əldə olunmuş təcrübə sayəsində qarşıdan gələn seçkilərin də yüksək səviyyədə, şəffaf və demokratik şəraitdə keçiriləcəyindən əminliyini ifadə edib. Penitensiar müəssisələrdə və tabe qurumlarda məhkum və həbs edilmiş şəxslər, eləcə də müddətli hərbi xidmət keçən əsgər və çavuşlar arasında səsvermə prosesinin seçki qanunvericiliyinə uyğun təmin edilməsi, seçkilərə hazırlıq, əməli köməklik göstərilməsi və nəzarətin həyata keçirilməsi məqsədilə Penitensiar xidmətin Baş idarəsində rəhbər vəzifəli məsul əməkdaşlardan ibarət Komissiyanın yaradıldığı vurğulayıb.

Tədbirdə çıxış edən Mərkəzi Seçki Komissiyasının katibi Arifə Muxtarova istintaq təcridxanaları və cəzaçəkmə müəssisələrində artıq uzun illərdir ki, seçki mədəniyyətinin formalaşdığını və Azərbaycan Respublikası Prezidentinin, Milli Məclis, bələdiyyə seçkilərinin, həmçinin ümumxalq səsverməsinin təşkili qaydalarına uyğun icra mexanizminin yaradıldığını diqqətə çatdırmışdır. MSK katibi növbəti bələdiyyə seçkilərinin də Penitensiar xidmətin tabe qurumlarında mütəşəkkil, demokratik və təhlükəsiz şəraitdə keçiriləcəyindən əminliyini vurğulayıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ