SON DƏQİQƏ
» » Sığortaçılar üçün attestasiya təşkil olunacaq

Sığortaçılar üçün attestasiya təşkil olunacaq

Tarix:

12-11-2019, 11:18

/ 1 399 dəfə oxundu.
Sığortaçılar üçün attestasiya təşkil olunacaq

Noyabrın 15-də sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya və aktuari şəhadətnaməsi almaq istəyən şəxslər üçün attestasiya keçiriləcək.
Maliyyə Bazarlarına Nəzarət Palatasının Mətbuat xidmətindən GunAz.az-a bildirilib ki, attestasiyada 4 sığortaçı iştirak edəcək. "Sığortaçıların müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya və aktuari fəaliyyətinə şəhadətnamə almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” Qaydalarının 4.1-ci bəndinə əsasən, sığortaçıda rəhbər vəzifəyə təyinatı nəzərdə tutulan namizədlər və aktuari şəhadətnaməsi almaq istəyən şəxslər attestasiyaya dəvət olunurlar. Attestasiyaya buraxılmaq üçün şəxsiyyət vəsiqəsi təqdim edilməlidir.
скачать dle 12.1

Şərhlər