SON DƏQİQƏ
» » Metroda gecikmələrin səbəbi: “Qapılar bağlanmadı...”

Metroda gecikmələrin səbəbi: “Qapılar bağlanmadı...”

Tarix:

4-11-2019, 09:26

/ 1 302 dəfə oxundu.
Metroda gecikmələrin səbəbi: “Qapılar bağlanmadı...”

Səhər saatlarında “Həzi Aslanov”-“İçərişəhər” xətti üzrə hərəkət edən qatarın “Gənclik” stansiyasında qapısında texniki problem yaranıb. Bu səbəbdən qatar bir neçə dəqiqə stansiyada gözləməli olub.

Bu sözləri GunAz.az-a Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bu gün səhər saatlarında metroda müşahidə edilən sıxlıq və qatarların intervalında yaranan problemə aydınlıq gətirərkən deyib.

B.Məmmədov bildirib ki, problemlə əlaqədar sözügedən xətt üzrə qatar 5 dəqiqə intervalla gəlib:

“Artıq problem aradan qaldırılıb. Səhər saatları olduğu üçün sərnişin çoxdur və bu səbəbdən hazırda metroda sıxlıq müşahidə olunur”.

Qeyd edək ki, səhər 8:00-dan başlayaraq, qatarların tunellərdə sürəti də kəskin aşağı salınıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ