SON DƏQİQƏ
» » Metroda yaranan problemlə bağlı RƏSMİ AÇIQLAMA (YENİLƏNDİ)

Metroda yaranan problemlə bağlı RƏSMİ AÇIQLAMA (YENİLƏNDİ)

Tarix:

27-10-2017, 08:30

/ 1 064 dəfə oxundu.
Metroda yaranan problemlə bağlı RƏSMİ AÇIQLAMA (YENİLƏNDİ)

Səhər saatlarında Bakıda metroda yaranan problemlə bağlı Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev  bildirib ki, gecikmələr və sərnişin sıxlığı depoda yaranmış texniki problemlə əlaqədardır.

Onun sözlərinə görə, səhər tezdən qatarların depodan xəttə qəbul edilməsində problem yaşandı. Xəttə kifayət qədər qatar qəbul edilmədiyindən stansiyalarda sərnişin sıxlığı yarandı.

O bildirib ki, səhər saat 7-dən sonra artıq xəttə qatarların tam hərəkətini bərpa edilsə də, sərnişin sıxlığı hələ də davam edir: "Hazırda qatarların qrafiki bərpa olunub, ən qısa zamanda sərnişin sıxılığı da tam aradan qaldırılacaq".

***

Bu gün səhər saatlarında metroda qatarların hərəkətində gecikmə olub.

Gunaz.az xəbər verir ki, 08:00 radələrində "Qara Qarayev" stansiyasindan "Ulduz"a qədər qatar təxminən 20 dəqiqəyə çatıb. Qatar "Qara Qarayev" stansiyasında 7-8,"Koroğlu" stansiyasında 3-4, "Ulduz" stansiyasında isə 3-4 dəqiqə dayanıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ