SON DƏQİQƏ

Metroda qatarda problem yarandı

Tarix:

2-11-2018, 09:36

/ 10 337 dəfə oxundu.
Metroda qatarda problem yarandı

Bakıda metroda qatarda növbəti dəfə nasazlıq yaranıb.

GunAz.az xəbər verir ki, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə bildirib ki, hadisə səhər saat 08:17 radələrində "Həzi Aslanov" - "Dərnəgül" xətti üzrə hərəkət edən qatarda baş verib.

Qatarda qəfil nasazlıq yaranması həmin xətt üzrə hərəkət intervalında problem yaradıb. Nasazlıq 5-7 dəqiqə davam edib. Nəticədə digər qatarlarda interval uzanıb.

Hazırda nasaz qatar xətdən çıxarılıb və metroda qatarların intervalının bərpası ilə bağlı tədbirlər görülür.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ