SON DƏQİQƏ
» » Gülalıyevin huşu özündə deyil: necə olacaq... – Həkim

Gülalıyevin huşu özündə deyil: necə olacaq... – Həkim

Tarix:

31-10-2019, 14:45

/ 1 279 dəfə oxundu.
Gülalıyevin huşu özündə deyil: necə olacaq... – Həkim

Belə ağır bir əməliyyatdan sonra xəstədə həm beyin əlamətlərində, həm anatomik hərəkətdə itki ola bilir. Əməliyyatdan sonra nə qədər itki olacağını isə ancaq zaman göstərəcək.

Bu sözləri GunAz.az-a tibb üzrə professor Adil Qeybulla 2 gün öncə yolu keçərkən avtomobil vurması səbəbindən beyninə qan sızan və bu səbəbdən əməliyyata alınan hüquq müdafiəçisi Oqtay Gülalıyevin durumu ilə bağlı danışarkən deyib.

A.Qeybulla bildirib ki, O.Gülalıyev süni nəfəs aparatına qoşuludur və huşundan hələlik heç bir söhbət gedə bilməz:

“Ağır bir patologiya olub, beyindən böyük bir gematoma götürülüb. Huşunun yerində olmaması normaldır indiki hal üçün. Əməliyyat uğurlu keçib. Əməliyyatdan sonrakı dövr bir çox faktorlardan asılıdır. Hələlik çox şükür, heç bir ağırlaşma müşahidə edilmir və müəyyən irəliləyişlər var.

Bu, ağır bir əməliyyat olduğuna görə təbii ki, dinamikasında birbaşa proqnoz vermək olmur. Hər halda, biz yaxşıya daha çox ümidliyik.

Bu beyin sıxılması əməliyyatıdır. Belə ağır bir əməliyyatdan sonra xəstədə həm beyin əlamətlərində, həm anatomik hərəkətdə itki olur. Əməliyyatdan sonra nə qədər itki olacağını zaman göstərəcək. Ona görə də birinci növbədə xəstə özünə gələndən sonra həmin funksiyaların bərpası baş verəcək. Bu əlamətlərin də nə dərəcədə bərpa olunacağını indidən demək çətindir.

Hər halda, 4-5 gün sonra onda müəyyən əlamətlər hiss edilməlidir”.

Xatırladaq ki, 29 oktyabr tarixində axşam saatlarında hüquq müdafiəçisi Oqtay Gülalıyevi piyada keçidindən yolu keçərkən avtomobil vurub. Gülalıyev ağır xəsarət alıb.

O, əvvəlcə 1 saylı Təcili Tibbi Yardım Mərkəzinə yerləşdirilsə də, sonradan özəl klinikaya aparılıb.

Qəzanı 90 PZ 543 dövlət nömrə nişanlı, “Hunday" markalı avtomobilin sürücüsü törədib. Sürücü hadisədən dərhal sonra Gülalıyevi xəstəxanaya çatdırıb.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin bu gün yaydığı məlumata görə, O.Gülalıyevin vəziyyəti ağır sabit, keçirdiyi əməliyyata uyğundur. Müalicəsi reanimasiya şöbəsində davam edir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ