SON DƏQİQƏ
» » Nepallı alpinist rekord qırdı: Dünyanın ən hüdür 14 zirvəsini 7 aya fəth etdi

Nepallı alpinist rekord qırdı: Dünyanın ən hüdür 14 zirvəsini 7 aya fəth etdi

Tarix:

30-10-2019, 19:19

/ 1 357 dəfə oxundu.
Nepallı alpinist rekord qırdı: Dünyanın ən hüdür 14 zirvəsini 7 aya fəth etdi

Nepallı alpinist və Britaniyanın keçmiş dəniz piyadası Nirmal Puja 7 ay ərzində dünyanın ən yüksək 14 zirvəsinə qalxmaqla əvvəlki rekordu təzələyib. Bu barədə BBC məlumat yayıb.

 

Oktyabrın 29-da Nirmal Puja Çində Şişapangmada özünün 14-cü zirvəsini fəth edb.

 

 

 

Onun alpinist karyerası 2012-ci ildə Everest Baza Düşərgəsinə yollanarkən başlayıb. Bundan sonra o, planlaşdırıldığı kimi qayıtmaq əvəzinə dağın zirvəsinə qalxmaq qərarına gəlir.

 

  • Annapurna, Nepal - 23 aprel;
  • Dhaulagiri, Nepal - 12 may;
  • Kanchenjunga, Nepal - 15 may;
  • Everest, Nepal - 22 may;
  • Lxodze, Nepal - 22 may;
  • Makalu, Nepal - 24 may;
  • Nanga Parbat, Pakistan - 3 iyul;
  • G1, Pakistan - 15 iyul;
  • G2, Pakistan - 18 iyul;
  • K2, Pakistan - 24 iyul;
  • Broad Peak, Pakistan - 26 iyul;
  • Ço Oyu, Çin - 23 sentyabr;
  • Manaslu, Nepal - 27 sentyabr;
  • Şişapangma, Çin - 29 oktyabr.

 

Dünyada hündürlüyü 8 min metrdən çox olan 14 dağ var və onlara dırmaşmaq üçün əvvəlki rekord 1987-ci ildə polşalı alpinist Eji Kukuça məxsus idi. O bu dağları fəth etmək üçün 8 ilini sərf etmişdi.

GunAz.az

N.SAFURA

скачать dle 12.1

Şərhlər