SON DƏQİQƏ
» » Everesti fəth etmək istəyən 2 alpinistin meyiti tapıldı

Everesti fəth etmək istəyən 2 alpinistin meyiti tapıldı

Tarix:

21-05-2018, 11:36

/ 10 384 dəfə oxundu.
Everesti fəth etmək istəyən 2 alpinistin meyiti tapıldı

Dünyanın ən hündür zirvəsi Everesti fəth etməyə çalışan iki alpinist həlak olub.

Gunaz.az xəbər verir ki, yaponiyalı alpinist Nobukadzu Kuriki və makedoniyalı Georgi Petkovun meyitləri hazırlıq dayanacağında tapılıb.

63 yaşlı makedoniyalı ürək tutması nəticəsində ölüb. 36 yaşlı yaponiyalının ölüm səbəbi hələlik məlum deyil.

Qeyd olunur ki, N.Kuriki bundan əvvəl bir neçə dəfə Everestə çıxmağa çalışsa da, bütün cəhdləri uğursuz alınıb. 2012-ci ildə donma nəticəsində 9 barmağını itirmişdi.

Məlumat üçün bildirək ki, dünyanın ən hündür dağ zirvəsi sayılan Everest dəniz səviyyəsindən 8848 metr yüksəklikdə yerləşir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ