Nepallı alpinist rekord qırdı: Dünyanın ən hüdür 14 zirvəsini 7 aya fəth etdi

Nepallı alpinist və Britaniyanın keçmiş dəniz piyadası Nirmal Puja 7 ay ərzində dünyanın ən yüksək 14 zirvəsinə qalxmaqla əvvəlki rekordu təzələyib. Bu barədə BBC məlumat yayıb.
Oktyabrın 29-da Nirmal Puja Çində Şişapangmada özünün 14-cü zirvəsini fəth edb.
Onun alpinist karyerası 2012-ci ildə Everest Baza Düşərgəsinə yollanarkən başlayıb. Bundan sonra o, planlaşdırıldığı kimi qayıtmaq əvəzinə dağın zirvəsinə qalxmaq qərarına gəlir.
- Annapurna, Nepal - 23 aprel;
- Dhaulagiri, Nepal - 12 may;
- Kanchenjunga, Nepal - 15 may;
- Everest, Nepal - 22 may;
- Lxodze, Nepal - 22 may;
- Makalu, Nepal - 24 may;
- Nanga Parbat, Pakistan - 3 iyul;
- G1, Pakistan - 15 iyul;
- G2, Pakistan - 18 iyul;
- K2, Pakistan - 24 iyul;
- Broad Peak, Pakistan - 26 iyul;
- Ço Oyu, Çin - 23 sentyabr;
- Manaslu, Nepal - 27 sentyabr;
- Şişapangma, Çin - 29 oktyabr.
Dünyada hündürlüyü 8 min metrdən çox olan 14 dağ var və onlara dırmaşmaq üçün əvvəlki rekord 1987-ci ildə polşalı alpinist Eji Kukuça məxsus idi. O bu dağları fəth etmək üçün 8 ilini sərf etmişdi.
GunAz.az
N.SAFURA