SON DƏQİQƏ
» » Şamaxıda “Neft və mədəniyyət xalqın sərvəti kimi” konfrans keçirilib

Şamaxıda “Neft və mədəniyyət xalqın sərvəti kimi” konfrans keçirilib

Tarix:

4-10-2019, 12:20

/ 1 597 dəfə oxundu.
Şamaxıda “Neft və mədəniyyət xalqın sərvəti kimi” konfrans keçirilib

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin, Şamaxı rayon İcra Hakimiyyətinin və İsmayıllı Regional Mədəniyyət İdarəsinin birgə təşəbbüsü ilə təşkil olunmuş Şamaxıda "Mədəniyyət həftəsi"nin 4-cü günündə "Vətən! Ordu! Şərəf!" adlı vətənpərvərlik mövzusunda konsert proqramı və "Neft və mədəniyyət xalqın sərvəti kimi" adlı elmi praktiki konfrans keçirilib.

GunAz.az bildirir ki, Şamaxı rayon İcra Hakimiyyətinin nümayəndələri, İsmayıllı Regional Mədəniyyət İdarəsinin Şamaxı nümayəndəliyinin rəhbəri Rafael Tağızadə, N saylı hərbi hissəsinin zabit, gizir və əsgər heyəti, Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin əməkdaşlarının iştirakı ilə Heydər Əliyev Parkında keçirilmiş konsertdə Bakı şəhərindən dəvət olunan aktyorlar, uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri iştirak ediblər. Yumorist Ramin Abdullayev həm hərbiçilərə həm tamaşaçılara yüksək əhval ruhiyyə bəxş etdi. Mərkəzin əməkdaşları Rəfiqə Nəsirova və Nadir Məmmədov apardığı konsertdə gənc gitaraçı Prezident mükafatçısı Tofiq İsmayılzadə məşhur "Cənab leytenant" mahnısını ifa edib.

Daha sonra Mərkəzin əməkdaşları Cavid Əliyev "Səni vətən çağırır", Nurəddin Babazadə "Mədəniyyət və silahlı qüvvələr", Rəfiqə Nəsirova "Əsgər salamı" adlı məruzələri ilə çıxış etmişlər. Çıxış edənlər vətənpərvərlik ruhunun aşılanması və təbliğ olunmasını tədbirin hədəfləri arasında yer aldığını vurğuladılar.

Günün ikinci yarısında Heydər Əliyev Mərkəzində "Neft və mədəniyyət xalqın sərvəti kimi" adlı elmi praktiki konfrans baş tutub. Konfransda Şamaxı Rayon İH-nin birinci müavini Qasım Qasımovun, Mərkəzin direktoru Asif Usubəliyev, elmi katibi Cavid Əliyev, SOCAR, AMEA və müxtəlif ali təhsil müəssisələrinin nümayəndələri çıxış ediblər.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ