SON DƏQİQƏ
» » İvanovka kənd Mədəniyyət Sarayı əsaslı təmir olunacaq - SƏRƏNCAM

İvanovka kənd Mədəniyyət Sarayı əsaslı təmir olunacaq - SƏRƏNCAM

Tarix:

10-09-2018, 18:28

/ 10 403 dəfə oxundu.
İvanovka kənd Mədəniyyət Sarayı əsaslı təmir olunacaq - SƏRƏNCAM

Prezident İlham Əliyev İsmayıllı rayonunun İvanovka kənd Mədəniyyət Sarayının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, İsmayıllı rayonunun İvanovka kənd Mədəniyyət Sarayının əsaslı təmiri, zəruri avadanlıq və inventarla təchizatı məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan İsmayıllı Rayon İcra Hakimiyyətinə 2,5 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

скачать dle 12.1

Şərhlər