SON DƏQİQƏ
» » Tütün məmulatları və dərman vasitələrini qanunsuz keçirmək cəhdinin qarşısı alınıb

Tütün məmulatları və dərman vasitələrini qanunsuz keçirmək cəhdinin qarşısı alınıb

Tarix:

24-09-2019, 13:00

/ 1 970 dəfə oxundu.
Tütün məmulatları və dərman vasitələrini qanunsuz keçirmək cəhdinin qarşısı alınıb

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Hyundai Sonata" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı Əməliyyat və Təhqiqat İdarəsinin məlumatı əsasında saxlanılıb və şifahi sorğu-sual olunub. "Olaylar" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsə də, avtomobilin arxa oturacaqların altında 8000 ədəd üzərində "Marlboro" yazılan tütün məmulatları, 7 ədəd üzərində "Brontel" və 1 ədəd üzərində "Brovermektin" yazılan dərman vasitələri aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər