SON DƏQİQƏ

Gömrükçülər qanunsuz telefonlar aşkarladı

Tarix:

24-08-2019, 17:24

/ 1 861 dəfə oxundu.
Gömrükçülər qanunsuz telefonlar aşkarladı

Gürcüstandan gələn Rusiya vətəndaşının idarə etdiyi VAZ-21114 markalı avtomobil Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda saxlanılıb və nəqliyyat vasitəsinin sürücüsü şifahi sorğu-sual olunub.

Dövlət Gömrük Komitəsindən GunAz.az-a verilən məlumata görə, sürücü idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirsə də, yoxlama zamanı avtomobilin ön sərnişin oturacağının altında gömrük nəzarətindən gizlədilən 8 ədəd "Samsung Galaxy S9+" markalı mobil telefon aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ