SON DƏQİQƏ
» » Ayfon-11 Bakıya nə vaxt gəlir və neçəyə olacaq?

Ayfon-11 Bakıya nə vaxt gəlir və neçəyə olacaq?

Tarix:

19-09-2019, 14:27

/ 1 825 dəfə oxundu.
Ayfon-11 Bakıya nə vaxt gəlir və neçəyə olacaq?

“Əpl” şirkəti hər il olduğu kimi, bu il də sentyabr ayında yeni modellərini təqdim edib. Bu dəfə şirkət müştəriləri üçün 3 fərqli telefon modeli ortaya qoyub: Ayfon-11, Ayfon-11 Pro və Ayfon-11 Pro Maks.

Modellərin təqdimat mərasimində telefonların ABŞ qiymətləri də açıqlanıb. Belə ki, iki arxa kameralı Ayfon-11-in satış qiyməti 699 dollardan başlayır. Üç arxa kameralı Ayfon-11 Pro-nun qiyməti isə ilkin olaraq 999 dollar olaraq müəyyən olunub. Ayfon-11 Pro Max isə 1099 dollardan başlayan qiymətlərlə satılacaq.

Qiymətlər yaddaş tutumuna görə dəyişir. Məsələn, Ayfon-11-in 256 GB yaddaşa malik versiyası 849 dollaradır. Ayfon-11 Pro və Ayfon-11 Pro Maks 512 GB yaddaşa malik versiyasının qiyməti isə 1449 dollardan başlayır.

Onu da qeyd edək ki, sözügedən telefonlar ABŞ-da sabahdan satışa çıxarılacaq.

Modellər hələ ABŞ-da satışa çıxarılmasa da, artıq telefonların Türkiyə qiymətləri də təxminən bəlli olub. Türk mediasının məlumatına görə, Ayfon-11-in 64 GB-lıq versiyasının qiyməti 7299 lirə, Ayfon-11 Pro 10999 lirə, Ayfon- 11 Pro Maks isə 11999 lirə olacaq.

Maraqlıdır, bəs “Əpl” şirkətinin sonuncu model telefonları Azərbaycana nə vaxt gətiriləcək və qiyməti nə qədər olacaq?

“Vest” telekomdan GunAz.az-a bildirilib ki, ayın sonuna qədər mağazada artıq bu model telefonun satışı həyata keçiriləcək.

“Vord” telekomdan da qeyd edilib ki, tezliklə sözügedən telefonlar satışda olacaq.

“Kontakt Home”, “İrşad”, “Azfon elektroniks”dən isə hələlik yeni modellərin nə vaxt gətiriləcəyini bilmədiklərini deyiblər.

Bu model telefonların qiymətinə gəlincə isə mağazalardan bildirilib ki, telefonlar ölkəyə gətiriləndən sonra qiymətini müəyyənləşdirə biləcəklər.

Yeni modellərin gətirilməsi ilə “Əpl” şirkətinin bundan öncəki modellərinin qiymətinin ucuzlaşacağı da gözlənilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ