SON DƏQİQƏ
» » "Ayfon" işlədnlər, HAZIRLAŞIN! - YENİLİK - FOTOLAR

"Ayfon" işlədnlər, HAZIRLAŞIN! - YENİLİK - FOTOLAR

Tarix:

8-01-2018, 23:04

/ 1 771 dəfə oxundu.
"Ayfon" işlədnlər, HAZIRLAŞIN! - YENİLİK - FOTOLAR

Dünyanın ən məşhur şirkətlərdindən olan "Əpl", “Neutrogena” kosmetika brendi ilə birlikdə yeni layihə hazırlayıb.

Gunaz.az xəbər verir ki, hazırlanan qurğu xüsusi olaraq dərinin skan edilməsi üçün nəzərdə tutulub. “SkinScanner” adlanan qurğu və “Skin360” mobil əlavəsinin birlikdə təqdim edəcəyi funksiyalar dəriyə qulluq edəcək. Texnologiya istifadəçinin dəri problemlərini aşkarlayacaq, eləcə də ona uyğun olan profilaktik müalicə üsulları təklif edəcək.

Skaner “Ayfon” smartfonuna, "blutuz" vasitəsilə qoşulur. Smartfonunun yuxarı hissəsinə bərkidilərək dəriyə yaxınlaşdırıldıqda, tətbiq proqramı işə düşür və dərinin vəziyyətini müəyyənləşdirir.

“Neutrogena” kosmetika brendi tərəfindən “SkinScanner” qurğusu və “Skin360” əlavəsi rəsmi olaraq yanvar ayının 9-12 də təqdim ediləcək. Təqdimat “CES-2018” Beynəlxalq istehlak elektronikası sərgisi çərçivəsində baş tutacaq. Hələlik qurğunun qiyməti haqqında heç bir məlumat yoxdur.

Xatırladaq ki, təqdim ediləcək qurğu yalnız “ayfon” smartfon modellərində dəstəklənəcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ